İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır.
Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası.
Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur.
2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar.
Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.